Bu gündən tarif və qiymətlər qaldırıldı
01 Yanvar 2010 Cümə 17:15
Federal Tarif Xidməti işıq, qaz və dəmir yolu daşınmalarının qiymətini artırmaq qərarına gəlib
2010-cu il 1 yanvar tarixindən sənaye istehlakçıları və əhali istifadə etdikləri elektrik enerjisi qiymətlərini yeni, qaldırılmış tariflərlə ödəyəcək. Müvafiq sərəncam Rusiyanın Federal Tarif Xidməti tərəfindən imzalanıb. Sənədə əsasən, sənaye istehlakçıları üçün tariflər 7,6 faiz, əhali üçün isə orta hesabla 10 faiz qaldırılıb.
Bundan əlavə qazdan istifadə qiymətləri də yanvarın 1-dən qaldırılıb. Belə ki, qaza görə qiymətlər 15 faiz artırılıb.
Bu gündən Rusiyda dəmir yolu ilə daşınmaların tarifləri də artırılıb. 2010-cu il 1 yanvar tarixindən bu xidmət üzrə qiymətlər 10 faiz çox olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: