Şənbə günü Yaponiyanın şimalında Rixter cədvəli ilə üç zəlzələ baş verib. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, 4,5 və 5,2 bal gücündə olan iki zəlzələnin episentrı İvate prefekturası yaxınlığında, Sakit okeanın 20 km dərinliyində olub. Yeraltı təkanlar dörd prefekturada hiss olunub.
Hokkaydoda 4,2 bal gücündə baş verən zəlzələnin episentrı isə Sakit okeanın 70 km dərinliyində olub.
Yeraltı təkanlar nəticəsində dağındı və insan itkisi olmayıb. Sunami təhlükəsi də yoxdur. /ANS PRESS/