Bu gün Ümumdünya AİDS-lə Mübarizə Günüdür
01 Dekabr 2010 Çərşənbə 02:35
Azərbaycanda AİDS-dən 318 nəfər dünyasını dəyişib
Hər il dekabr ayının 1-də Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü bu il artıq 22-ci dəfədir keçirilir. HİV- infeksiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda HİV/AİDS problemi ən aktual problem olaraq daim nəzarətdədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, Azərbaycan vətəndaşları arasında HİV-ə yoluxma hallarının təxminən 64%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. AİDS-lə Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanda AİDS-dən 318 nəfər dünyasını dəyişib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar