Bu gün Türkiyədə seçkidir
02 İyul 2013 Çərşənbə Axşamı 04:39
Türkiyə Böyük Millət Məclisi öz yeni spikerini seçəcək.
Bu gün yeni spikerin müəyyənləşməsi üçün Türkiyə Böyük Millət Məclisində (TBMM) seçki keçiriləcək. Yerli mətbuatın xəbərinə görə, üç namizəd arasında keçirilən seçkinin sonunda Cəmil Çiçəyin yenidən TBMM spikeri seçilməsi gözlənilir.
Qeyd edək ki, TBMM spikeri olmaq üçün Ədalət və İnkişaf Partiyasından (AKP) Cəmil Çiçək, Cümhuriyyət Xalq Partiyasından (CHP) Osman Korutürk və Milliyətçi Hərəkat Partiyasından (MHP) Faruk Bal bu vəzifə üçün namizədliklərini irəli sürüblər.
Xatırlaaq ki, TBMM-nin daxili nizamnaməsinə görə, parlament spikeri millət vəkilləri arasında gizli səsvermə yolu ilə keçirilir və 3 turdan ibarət olur. İlk 2 turda millət vəkili sayının üçdə ikisinin (367) səsi, 3-cü turda isə mütləq əksəriyyətin (276) səsi tələb olunur.
DOSTLARINLA PAYLAŞ: