Bu gün Türkiyədə Atatürkü anım günüdür
19 May 2009 Çərşənbə Axşamı 18:10
Anım mərasimi Atatürk stdionunda şənliklərlə də davam edib

Bu gün türk tarixinin dönüş nöqtələrindən biri hesab olan Atatürkün Samsuna addım atdığının 90-cı ildönümüdür. Atatürkün dünyaya gəldiyi gün olaraq da qəbul edilən 19 may, Atatürkü anma, gənçlik və idman bayramı, bütün ölkədə, xarici nümayəndəliklərimizdə və Şimali Kıbrıs Türk Cümhuriyyətində təntənəli şəkildə qeyd olunur.

Ankarada ilk mərasim Anıtqəbirdə təşkil edilib. Türkiyə prezidenti Abdulla Gül Atatürkün qəbrinə əklil qoyaraq, onu yad edib. Sonra Anıtqəbir xatirə dəftərinə ürək sözlərini yazıb. Bundan sonra anım mərasimi Atatürk stdionunda şənliklərlə davam edib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar