Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası başlayır
01 Avqust 2010 Bazar 05:40
İclasda əsasən Türk silahlı qüvvələrində (TSK) rütbəsi yüksəldiləcək və istefaya göndəriləcək komandirlər müzakirə olunacaq.
Bu gün Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində Ali Hərbi Şuranın iclası başlayır. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, iclasda əsasən Türk silahlı qüvvələrində (TSK) rütbəsi yüksəldiləcək və istefaya göndəriləcək komandirlər müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyə baş qərargah rəisi ordu general İlker Başbuğun və Jandarm komandiri ordu generalı Atilla İşığın vəzifə müddəti 2010-cu il avqustun 30-da başa çatır. İclasdan sonra baş qərargah rəisi vəzifəsinə Quru qoşunları komandiri ordu generalı İşıq Koşanerin təyin olunması gözlənilir. Təyin olunacağı təqdirdə Koşaner bu vəzifəni 3 il icra edəcək.
Şura iclasında 134 generalın və admiralın rütbəsinin yüksəldilməsi və istefaya göndərilməsi, 35 general və admiralın bir üst rütbəyə yüksəldilməsi, 45 polkovnikin general və admiral rütbəsinə yüksəldilməsi gözlənilir.
TSK ilə əlaqəli digər məsələlərin də müzakirə olunacağı Şura iclasında qəbul edilən qərarlar avqustun 4-də Türkiyə prezidenti Abdullah Gül tərəfindən ictimaiyyətə açıqlanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: