Bu gün Suriyanın gələcəyi həll edilə bilər
01 Aprel 2012 Bazar 14:12
Türkiyədə “Suriya xalqının dostları qrupu”nun 2-ci Konfransı keçirilir.
Suriyadakı vəziyyəti müzakirə etmək üçün Suriya müxalifətini dəstəkləyən 70-dən çox xarici ölkə rəsmisi Türkiyəyə toplaşıb. Toplantını izləyən ANS TV-nin xüsusi müxbiri Qənirə Ataşovanın verdiyi məlumata görə, tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun təmsil edir.

“Suriya xalqının dostları qrupu”nun 2-ci Konfransında Suriyada Bəşər Əsəd rejiminə qarşı 2 müxalifət qüvvələrinin birləşməsi və Suriyanın gələcəyilə bağlı məsələlər müzakirə ediləcək. Toplantıya Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edir. Toplantda da ilk çıxışı o edib. Ondan sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edəcək. 70 ölkənin rəsmilərinin iştirak etdiyi toplantıda təhlükəsizlik yüksək səviyyədə təşkil edilib. Toplantıda iştirak edən Birləşmiş Ştatların dövlət katibi Hilları Klinton da öz ölkəsinin mövqeyini bildirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar