Bu gün İraqın şimalında Kürdüstan Muxtar Vilayətində prezident və parlament seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb. Səsvermə saat 18:00-a kimi davam edəcək.
Qeyd edək ki, burada 2,5 milyon şəxs səsvermə hüququna malikdir. Seçki prossesini 16 mindən artıq yerli, 350-ə yaxın xarici müşahidəçi izləyəcək.
Muxtar rayonun parlamentində 111 nəfərlik yerə 507 namizəd var. Onlardan 101-i kürdlərə, qalan 10 yer isə bərabər sayda etnik və dini qruplara.
Bölgəni idarə etmək uğrunda mübarizəyə isə 5 namizəd, o cümlədən hazırki prezident, Kürdüstan Demokratik Partiyasının lideri Məsud Barzani qoşulub.
Qeyd edək ki, bu seçkilərdə ilk dəfə olaraq prezident birbaşa səsvermə yolu ilə seçiləcək.
İraq Kürdüstanı 1991 –ci ildə Fars körfəzindəki müharibədən sonra muxtariyyət statusu alıb. 2005-ci ildə isə o, İraqın konsitutsiyası tərəfindən təsdiq və qəbul olunub. /ANS PRESS/