Bu gün Seulda nüvə təhlükəsizliyi sammiti başlayır
26 Mart 2012 Bazar Ertəsi 11:57
Bu gün Seulda (Cənubi Koreya) II nüvə təhlükəsizliyi sammiti işə başlayır.
APA-nın məlumatına görə, Koreya prezidentinin sədrliyi ilə keçiriləcək sammitdə 53 dövlət və 4 beynəlxalq təşkilatın rəhbərləri iştirak edir.
Tədbirin rəsmi açılış mərasimindən sonra toplantı iştirakçıları işgüzar şam yeməyi zamanı 2010-cu ildə Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitindən sonra əldə olunmuş tərəqqini müzakirə edəcəklər.
Qeyd edək Ki, Seul sammitinin əsas proqramı martın 27-nə təyin olunub.
Həmin gün milli tədbirlər və gələcək öhdəliklər daxil olmaqla, nüvə təhlükəsizliyinin artırılması üçün beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunmuş iki plenar iclasın keçirilməsi planlaşdırılır.
Samitin sonunda Koreya prezidenti Li Men Bak toplantının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.
Xatırladaq ki, Seul sammitində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
DOSTLARINLA PAYLAŞ: