Bu gün Rusiyada matəmdir
12 İyul 2011 Çərşənbə Axşamı 01:24
Rusiya vətəndaşları gəmi qəzasının qurbanlarının xatirəsini yad edəcəklər.
Bu gün Rusiyada “Bulqariya” teplojodunun qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi yad ediləcək. Rusiya prezidenti Dmitri Medvedev iyulun 12-sini rəsmi milli matəm günü elan edib.

Rus pravoslav kiləsinin bütün ibadətxanalarında bu gün həlak olanların xatirəsinə dua oxunacaq. Kilsə xəsarət alanlara da yardım göstərəcək.

Rusiya telekanalları çərşənbə axşamı əyləncəli proqramoar və reklamdan istina edəcəklər.

Göyərtəsində 208 nəfərin olduğu “Bulqariya” teplojodu bazar günü Volqa çayında batıb. Qəza nəticəsində 58 nəfər ölüb, 79 adam xilas edilib. Gəmi Bolqar şəhərindən Kazana gedirmiş. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar