Bu gün Rusiya və Türkiyə arasında sənəd imzalayacaq
04 Mart 2011 Cümə 05:26
Sənəd layihənin iqtisadi modelinin müəyyənləşdirilməsi üzrə gələcək tədbirlər planını özündə əks etdirir
Bu gün Rusiya ilə Türkiyə arasında “Samsun-Ceyhan” neft kəmərinə dair layihənin iqtisadi modelinin müəyyənləşdirilməsi haqqında sənəd imzalanacaq. Bu barədə Rusiyanın energetika naziri Sergey Şmatko məlumat verib. Nazirin sözlərinə görə, sənəd layihənin iqtisadi modelinin müəyyənləşdirilməsi üzrə gələcək tədbirlər planını özündə əks etdirir. “Türk tərəfi öz üzərlərinə kəmərin doldurulması üzrə öhdəliklər götürməlidirlər. Rusiya isə artıq buna hazırdır”.
DOSTLARINLA PAYLAŞ: