Bu gün Rusiya və Ermənistanın qarşısında bir çox ümumi məqsədlər var
19 Aprel 2011 Çərşənbə Axşamı 11:54
İrəvanda Rusiya-Ermənistan forumu işə başlayıb


Bakı-APA. İrəvanda “Rusiya-Ermənistan müttəfiqlik münasibətlərində regionlararası əməkdaşlıqda yeni nailiyyətlərə doğru” adlı forum keçirilir. APA-nın məlumatına görə, bu gün forumun plenar sessiyası başlayır. Sessiyada Ermənistan prezidenti Serj Sərkisyan və Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin də iştirak edəcək. Forumun yekununda hökumətlərarası və regionlararası müqavilələr, yeni müəssisələrin açılması barədə sazişlər imzalanacaq. Forum çərçivəsində “Armavia” şirkətinə ilk Sukhoi Superjet 100 təyyarəsinin verilməsi, Cənubi Qafqaz dəmiryolu infrastrukturunun Diaqnostika Mərkəzinin açılması nəzərdə tutulur. Forum “Rossotrudniçestvo” və “Avrasiya Tədqiqatlar İnstitutu” İnkişaf Fondunun təşkilatçılığı, Rusiya və Ermənistan prezident administrasiyalarının himayəsi ilə keçirilir.

Rusiya prezidenti Dmitri Medvedyev forum iştirakçılarına təbrik məktubu göndərib. Forumfda məktubu Kreml Administrasiyasının rəhbəri Sergey Narışkin oxuyub. Medvedyev məktubunda bildirib ki, bu gün Rusiya və Ermənistanın qarşısında bir çox ümumi məqsədlər dayanır. Prezident bu məqsədlər sırasında milli iqtisadiyyatların modernləşdirilməsini, insanların həyat vəziyyətinin yaxşılaşdırılmasını, MDB məkanında inteqrasiya proseslərinin sürətləndirilməsini qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar