Bu barədə Roma meri İnyaçiyo Marino bəyan edib.
İtaliyanın paytaxtı Roma müflisləşmək üzrədir. Bu barədə Roma meri İnyaçiyo Marino bəyan edib.
Onun sözlərinə görə, əgər hökumət şəhərin büdcəsinin maliyyə məsələləri ilə bağlı müvafiq tədbirlər görməsə, bu gün səhər saatlarından Romada kommunnal xidmətlər, nəqliyyat vasitələri dayandırılacaq, xəstəxanalar və uşaq bağçaları bağlanacaq.
ANS PRESS-in məlumatına görə İ.Marino hökumət “Romanın xilası” adlı tədbirlar planını gecikdirdiyinə görə şəhər büdcəsinin sıfıra bərabər olduğunu deyib. Parlamentdə çoxsaylı siyasətçilərin etirazı tədbirlər planının gecikməsinə səbəb olub.
“Hazırda şəhərin büdcəsi sıfıra bərabərdir. Büdcədə olan son vəsaitlər bir müddət əvvəl şəhərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına sərf olunub. Yeni baş nazir Matteo Rençi deyib ki, şəhərin xilası üçün yeni tədbirlər planı üzərində iş gedir”, - deyə Romanın meri bildirib.