Bu gün Qırğızıstanda parlament seçkiləridir
10 Oktyabr 2010 Bazar 02:25
Bu seçki ölkənin dövlət quruluşunu dəyişəcək qədər tarixi əhəmiyyət daşıyır.
Bu gün Qırğızıstanda ölkənin dövlət quruluşunu dəyişəcək parlament seçkiləri keçiriləcək. İyunda keçirilmiş referendumda qəbul olunan yeni Konstitusiyaya görə, Joqorku Keneşə (təkpalatalı parlament) seç4kilərdən sonra Qırğızıstan prezident-parlament ölkəsindən parlament respublikasına çevriləcək. Ölkənin idarə olunması səlahiyyəti baş nazirə keçəcək. Hökumət başçısı parlament çoxluğu təyin edəcək. Prezidentdə isə yalnız nümayəndəlik funksiyaları qalacaq.
Parlament seçkiləri bu ilin aprelində prezident Kurmanbek Bakiyev ölkəni tərk edəndən və hakimiyyət qiyamçıların əlinə keçəndən sonra qurulan hakimiyyət institutlarının legitimləşdirilməsi üçün vacib mərhələ olacaq. Xalqa müraciət edən prezident Roza Otunbayev deyib ki, parlamknt seçkiləri xalq və dövlət üçün taleyüklü əhəmiyyət daşıyır: “Biz təkcə parlament seçmirik.Bununla da yeni dövlət idarəetmə sistemi-parlament respublikasının əsası qoyulur. Biz Qırğıxıstan tarixində yeni səhifə açırıq”. O bildirib ki, prarlament idarəetməsi qırğız xalqının mentalitetindən irəli gəlir. Belə ki, Qırğızıstanda tarix boyu ali hakimiyyət forması qurultay hesab olunub və köçəri tayfaların nüfuzlu nümayəndələri taleyüklü qərarların qəbulu üçün orda toplaşıb.
Qırğıxıstanda parlament seçkiləri partiya sisetmi üzrə keçiriləcək. Joqorku Keneşdəki 120 yerə 29 partiya iddia edir. Bu partiyalar arasında ən nüfuzluları Omurbek Tekebayevin “Ata-Meken”, Almazbek Atambayevin Sosial-Demokrat və Temir Sariyevin “Akşumkar” partiyalarıdır. Onlara qarşı müxalifətdə olan siyasi qüvvələr namziədlər siyahısına Kurmanbek Bakiyevin hakimiyyəti dövründə müxtəlimf vəzifələri tutanların rəhbərlik etdiyi “Ata-Yurd”, general Feliks Kulovun lideri olduğu “Ar-Namus” və iş Adamı Omurbek Babanovun “Respublika” partiyalarıdır. Seçkilərdə iştirak edən partiyalar arasında cəmiyyətdə az-çox tanınan siyasi fiqurların seçki ərəfəsində yaratdığı yeni partiyalar da var.
Seçici siyahılarında 2 milyon 836 min 567 nəfərin adı var. Parlamentdə yer qazanmaq üçün hər bir partiya seçici səslərinin azı 5 faizini, eləcə də ölkənin yeddi vilayətinin hər birində 0,5 faizdən çox elektoratın rəğbətini qazmanmalıdır. 5 faizlik həddi aşmaq üçün partiyaların hər biri təxminən 142 min səs toplamalıdır.
Seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında 850 beynəlxalq müşahidəçi nəfər qeydə alınıb. Onlar dünyanın 52 ölkəsindən 32 təşkilatı təmsil edirlər.
Seçkilərlə əlaqədar ölkədə yüksək təhlükəsizlik tədbirləri görülüb. Səsvermə günü təhlükəsizliyi 7 mindən çox milis əməkdaşı, 15 min xalq drujinaçısı, özəl mühafizə agentliklərinin 9 min əməkdaşı təmin edəcək. İctimai asayişin mühafiəsinə maliyyə polisi, vergi xidməti və gömrükçülər də cəlb ediliblər. Ehtiyac olsa, Müdafiə Nazirliyinin hərbi qulluqçuları da prosesə qoşulacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: