Bu gün Qazaxıstanda parlament seçkiləridir
15 Yanvar 2012 Bazar 04:22
Azərbaycanda olan Qazaxıstan vətəndaşları da səs verə biləcəklər.
Bu gün Qazaxıstanda Məclisə (parlamentin aşağı palatası) seçkilər keçiriləcək. 98 mandat uğrunda yeddi siyasi partiya mübarizə aparacaq. Parlamentdə yer qazanmaq üçün partiyalar 7 faizlik həddi keçməlidirlər.

Seçkiləri 800-dən çox beynəlxalq müşahidəsi izləyəcək. Qazaxıstan Mərkəzi Seçki Komissiyası bəyan ediblər ki, müşahidəçilər ötən il dekabrın 16-da kütləvi iğtişaşların baş verdiyi Janaozen şəhərinə də məhdudiyyətsiz buraxılacaqlar.

Muxalif Ümummilli Soçial-Demokrat Partiyasının liderləri seçkilər ərəfəsində bəyan ediblər ki, nəticələrdən razı qalmasalar, yanvarın 17-də əhalini küçələrə çağıracaqlar.

Qeyd edək ki, Azərbaycan ərazisində müvəqqəti yaşayan Qazaxıstan vətəndaşları bu gün Qazaxıstanın Bakıdakı səfirliyi yanında yaradılan seçki məntəqəsində səs verə biləcəklər. Azərbaycan Respublikasının ərazisində yaşayan və ya olan Qazaxıstan vətəndaşları bu ölkənin Azərbaycandakı səfirliyindəki 140 saylı seçki məntəqəsində yerli vaxtla saat 09:00-dan 20:00-dək səs verə bilərlər. Səsvermədə iştirak üçün Qazaxıstan vətəndaşlığını təsdiqləyən sənədin olması vacibdir. Qazaxıstan səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, hazırda diplomatik nümayəndəliyin konsul uçotunda bu ölkənin 300-ə yaxın vətəndaşı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar