Bu gün protokollar müzakirə ediləcək
18 Sentyabr 2009 Cümə 03:15
Razılaşdırılmış protokollarla bağlı parlament dinləmələri isə oktyabrın 1-dək təxirə salınıb
Bu gün Ermənistanın İctimai Şurası Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı protokolların müzakirəsinə başlayacaq. PanARMENIAN.Net saytının məlumatına görə, bunu Şuranın rəhbəri Vazgen Manukyan deyib. Onun sözlərinə görə, müzakirələr komissiyalar səviyyəsində başlanacaq. Sonra isə komissiyaların təkliflərinə İctimai Şurada baxılacaq.
Prtokollarla bağlı parlament dinləməliri isə əvvəlcədən elan olunduğu kimi sentyabrın 22-də yox, oktyabrın 1-də başlayacaq. “ARMENIAToday” agentliyinin məlumatına görə, bunu Ermənistan Milli Yığıncağının mətbuat xidməti açıqlayıb.
“Razılaşdırılmış protokllar və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması” adlı dinləmələrə oktyabrın 1-i saat 11.00-də start veriləcək. Dinləmələrin məqsədi razılaşdırılmış prtokollar əsasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin siyasi qüvvələr, ictimai təşkilatlar, tədqiqat mərkəzləri və ekspertlərin iştirakı ilə müzakirəsidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar