Bu gün neft bazarında canlanma müşahidə olunur
28 Aprel 2011 Cümə Axşamı 11:10
"Qara qızıl"ın barelinin qiyməti 0,46% bahalaşıb
Bu gün dünya neft birjalarında neftin qiyməti bahalaşıb. ABŞ Federal Ehtiyatlar Sistemi iqtisadiyyatın inkişafına dəstək məqsədi ilə hesablama dərəcələrini aşağı səviyyədə saxlamaq qərarına gəlib. Bundan başqa, ötən həftənin nəticələrinə görə, Birləşmiş Ştatlarda yanacaq ehiyatının azalması haqda xəbərlər də neft bazarında canlanma yaradıb.
Nyu-York birjalarında “WTI” (Light Sweet Crude Oil) markalı neftin barelinin iyun ayına olan fyuçersləri 0,52 dollar və ya 0,46% bahalaşaraq 113,28 dollar, London birjalarında isə “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0,37 dollar və ya 0,3% qalxaraq 125,5 dollara təklif edilib.
ABŞ Federal Ehtiyatlar Sisteminin açıq bazarlar üzrə komitəsi yenidən baza faiz dərəcələrində dəyişikliklər etməyərək bu göstəriciləri illik olaraq 0,0-0,25 faiz diapazonunda saxlayıb. Bununla belə qeyd edilir ki, Amerika iqtisadiyyatının inkişaf templəri yüksək həddə davam edir, əmək bazarında isə vəziyyət tədricən daha da yaxşılaşır.
DOSTLARINLA PAYLAŞ: