Bu gün Moldovada referendum keçiriləcək
05 Sentyabr 2010 Bazar 01:50
Ölkə əhalisi prezidentin seçilməsi yolunu müəyyənləşdirməlidir.
Bu gün Moldovada Konstitusiyanın dövlət başçısının seçilməsi ilə bağlı maddəsinə dəyişiklik edilməsi üçün referendum keçiriləcək. Vətəndaşlar dövlət başçısının seçilməsi üçün iki yoldan birinə üstünlük verməlidirlər-ya 2000-ci ilədək olduğu kimi ümumxalq səsverməsi, ya da indiki kimi parlament yolu ilə. Ölkə hakimiyyəti bu yolla Moldovadakı siyasi böhrana son qoymaq niyyətindədirlər.

Moldovada ötən ilin yazından siyasi vəziyyəti sabitləşdirmək mümkün olmur. Ötən ilin aprelində keçirilmiş parlamet seçkilərindən sonra liberal-demokratik müxalifət hakimiyyətdəki kommunistləri saxtakarlıqda ittiham etdi. Təşkil edilən etiraz aksiyaları kütləvi iğtişaşlara çevrildi, onun iştirakçıları parlament binası və prezident iqamətgahına hücum elədilər. O vaxtdan 101 deputatdan 61-nin səsini almalı olan dövlət başçısını seçmək mümkün olmur. Vəziyyətin düzəlməsinə nə təkrar seçkilər, nə də siyasi qüvvələrin yerbəyer olması vəziyyətin düzəlməsinə kömək edə bildi. Əgər əvvəllər prezidenliyə namizədə kommunistlər səs verir, müxalifət səsverməni boykot edirdisə, 2009-cu ildəki növbədənkənar seçiklərdən sonra yalnız rollar dəyişib.
Parlamentin hazırkı tərkibi ötən ilin dekabrında prezidenti seçə bilmədi və Konstitusiyaya görə parlament buraxılmalıydı. Lakin prezidentin səlahiyyətlərini icra edən Mixay Qimpu bəyan etdi ki, parlamenti yalnız referendum baş tutmasa buraxacaq. Bunun üçün hakimiyyət səsvermənin etibarlılığı üçün vacib olan həddi də aşağı saldı.

Mixay Qimpu bildirib ki, referendumun nəticələri Konstitusiya Məhkəməsi tərəfindən tanındıqdan sonra parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə fərman imzalayacaq. Onun sözlərinə görə, parlament və prezident seçkiləri eyni gündə-noyabrın 14-də keçiriləcək.

Kommunist Partiyası isə əhalini referendumu boykot etməyə çağırıb. Müxalifətin fikrincə, hakim “Avropaya İnteqrasiya Uğrunda Alyans” referendumdan yararlanmaqla parlamentin hazırkı tərkibini qorumağa çalışır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar