Bu gün Kiprdə Dağlı Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq
12 İyun 2010 Şənbə 06:45
Bu, Kiprin Limasol şəhərində Avropa Şurası ölkələri parlamentləri baş katiblərinin növbəti iclasında baş tutacaq.
Bu gün Kiprin Limasol şəhərində Avropa Şurası ölkələri parlamentləri baş katiblərinin növbəti iclası keçiriləcək. Tədbirdə parlament tədqiqatı və sənədləşmə üzrə Avropa Mərkəzinin ötən dövrdə fəaliyyəti ilə bağlı hesabatı, bu sahədə növbəti illər üçün prioritetlər və proqram ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra görüşləri də planlaşdırılır. Həmin görüşlərin əsas məqsədi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olacaq. Azərbaycanın da təmsil olunduğu toplantıda “Parlamentdə müxalifətin hüquq və vəzifələri”, “Milli parlamentlər və beynəlxalq insan hüquqları- diskriminasiyaya qarşı prinsiplərin həyata keçirilməsi” mövzularında müzakirələr aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: