Bu gün İran ve Beynelxalq Atom Enerjisi Agentliyi görüş olacaq
28 Oktyabr 2013 Bazar Ertəsi 05:49
Oktyabrın 30-31-de Vyanada İran ve beynelxalq vasiteçiler - "altılıq" arasında ekspertler seviyyesinde danışıqların aparılacağı gözlenilir.
Her iki terefden müzakireçiler komandasının deyişdirilmesinden sonra İran ve Beynelxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında danışıqların ilk merhelesi bazar ertesi Vyanada baş tutacaq. ANS PRESS Trend-e istinadla xeber verir ki, yerli vaxtla saat 13:00-da BAEA-nın menzil-qerargahında Agentliyin baş direktoru Yumiya Amano ile İranın nüve meselesi üzre baş müzakireçisi, xarici işler nazirinin müavini Abbas eraqçi görüşecekler. Sonra saat 15:00-da adi formatda görüş balayacaq.
Agentliyin metbuat xidmetinin melumatına göre, BAEA nümayende heyetine ilk defe baş direktorun müavini Tero Varyoranta başçılıq edecek. O, oktabrın 1-de bu vezifede Herman Nakertsi evezleyib.
BAEA ile danışıqlardan sonra, oktyabrın 30-31-de Vyanada İran ve beynelxalq vasiteçiler - "altılıq" arasında ekspertler seviyyesinde danışıqların aparılacağı gözlenilir.
DOSTLARINLA PAYLAŞ: