Novosibirsk Tolmacev aeroportunda “Aerofolt” şirkətinin A320 təyyarəsi məcburi eniş edib. "Radio Svoboda"nın məlumatına görə, təyyarə Moskvadan İrkutska üçürmuş. Məcburi enişə səbəb isə ön pəncərənin çatlaması olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl isə Avstraliyanın “Jetstar” şirkətinin A330-200 təyyarəsi Quam adasında qəza enişi edib. Göyərtəsində 203 sərnişinin olduğu təyyarənin pilot kabinesində yanğın baş verib.
Təyyarə ötən gün axşam Yaponiyadan havaya qalxıb və Avstraliyaya uçub. Avişirkət nümayəndələrinin sözlərinə görə, dörd saatlıq uçuşdan sonra pilotların kabinetində tüstü yaranıb, sonra isə açıq alov görünüb. Eniş uğurlu olub, xəsarət alan olmayıb. /ANS PRESS/