Bu gün Fransanın Milli bayramıdır. Bu münasibətlə Yelisey meydanında Fransa Prezidenti Nikolya Sarkozinin qəbul edəcəyi təntənəli hərbi parad keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də Bastiliya qalasının alınması münasibətilə fransız həmkarı Nikolya Sarkoziyə təbrik məktubu göndərib. Nikolya Sarkozini və fransız xalqını təbrik edən İlham Əliyev Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini deyib.
Bastiliya qalası 1370-1382-ci illərdə tikilib. XV əsrdən dövlət həbsxanası kimi istifadə edilib. XVI əsrin sonlarından Bastiliyada əsasən mütləqiyyətə düşmən olan dustaqlar saxlanılırdı. 1789-cu il iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı hücumla aldılar və bu Böyük Fransa inqlabının başlanğıcı oldu.
1880-ci ildən Bastiliyanın alındığı gün Fransanın mıllı bayramı kimi qeyd edilir. /ANS PRESS/