Bu gün Fransada prezident seçkiləridir
22 Aprel 2012 Bazar 03:16
Rəy sorğularının nəticələri Nikola Sarkozinin Fransua Ollanda məğlub olacağını göstərir.
Bu gün Fransada prezident seçkilərinin birinci turu keçirilir. Dövlət başçısı kürsüsü utrunda 10 namizəd mübarizə aparır. Səsvermənin ilkin nəticələri bu gün seçki məntəqələri bağlandıqdan sonra açıqlanacaq.
Sosioloqların fikrincə, seçkilər aşağı seçici fəallığı ilə müşayiət olunacaq. Son sorğuların nəticələrinə görə, əsas rəqiblər - hazırkı prezident Nikola Sarkozi və Sosialist Partiyasının sədri Fransua Olland təxminən eyni səsə (26-28 faiz) ümid edə bilərlər. Mayın 6-da keçirilməli olan ikinci turda isə Fransua Olland Nikola Sarkoziyə qalib gələ və Fransua Mitterandan sonra ikinci sosialist prezident seçilə bilər. Fransua Mitteranın ikinci yeddi illik səlahiyyət müddəti 1995-ci ildə bitib.
İyunda Fransada parlament seçkiləri də keçirilməlidir.
DOSTLARINLA PAYLAŞ: