Bu gün "Eurovision" mahnı müsabiqəsi başlayır
10 May 2011 Çərşənbə Axşamı 11:00
Azərbaycan təmsilçiləri Eldar və Nigar bu gün səhnəyə çıxacaq
Bu gün - 56-cı "Eurovision" mahnı müsabiqəsi başlayır. ANS PRESS-in məlumatına görə, axşam saatlarında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Eurovision 2011"in I yarımfinal konserti keçiriləvək.

Azərbaycan birinci yarımfinal mərhələsində çıxış edəcək. Təmsilçilərimiz Eldar və Nigar səhnəyə 18-ci nömrə altında çıxacaqlar. Romantik duet kimi tanınıb sevilən Eldar və Nigar “Running scared” mahnısını ifa edəcəklər.

Mahnının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və Lain Farquharsondur.

I yarımfinal mərhələsinin digər iştirakçıları aşağıdakı sıra ilə səhnəyə çıxacaq:

1. Polşa
2. Norveç
3. Albaniya
4. Ermənistan
5. Türkiyə
6. Serbiya
7. Rusiya
8. İsveçrə
9. Gürcüstan
10. Finlandiya
11. Malta
12. San Marino
13. Xorvatiya
14. İslandiya
15. Macarıstan
16. Portuqaliya
17. Litva
18. Azərbaycan
19. Yunanıstan

Qeyd edək ki, II yarımfinal mərhələsi isə mayın 12-də olacaq. Müsabiqənin finalı mayın 14-də baş tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar