Bu gün Ermənistan müxalifəti növbəti mitinqini keçirəcək. Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan müxalifətin hakimiyyətlə mübarizə aparmaq üçün yeni taktika müəyyən edəcəyini bildirib. Onun sözlərinə görə, Erməni Milli Konqresi mayın 31-də İrəvanda keçirilmiş mer seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə əlaqədar bir sıra addımlar atmaq niyyətindədir. Bu günkü mitinqdə Ermənistan müxalifətinin lideri Levon Ter Petrosyanın da iştirak edəcəyi gözlənilir./ANS TV/