Bu gün dünyanın ən hündür binasının (Burc Dubay) açılışı olacaq
04 Yanvar 2010 Bazar Ertəsi 02:30
İnşasına 2004-cü ildə başlanan 160 mərtəbəli göydələn Burc Dubay 800 metrdən hündürdür.
Bu gün dünyanın ən hündür binasının-Dubay qülləsinin (“Burc Dubay”) açılışı olacaq. İnşasına 2004-cü ildə başlanan 160 mərtəbəli, 800 metrdən hündür göydələnin rəmzi açılışı Dubay əmirliyinə BƏƏ-nin hazırkı vitse-prezident və baş naziri Məhəmməd bin Rəşid Əl Məqtumun rəhbərlik etməyə başlamasının dördüncü ildönümünə həsr olunub.

Rəsmi mərasim Bakı vaxtı ilə saat 17.00-də başlamalıdır. Binanın ilk ziyarətçiləri təxminən 6000 fəxri qonaq olacaq. Açılış mərasiminin tranlyasiyasına bütün dünyada 2 milyarddan artın adamın tamaşa edə biləcəyi gözlənilir. Mərasim 10 min ədəd pirotexnikadan ibarət atəşfəşanlıq və səhnələşdirilmiş tamaşa ilə müşayiət olunacaq.

Qeyd edək ki, “Burc Dubay” hazırda dünyanın ən yüksək binasıdır. Binanın 124-cü mərtəbəsində tayı-bərabəri olmayan baxış meydançası olacaq. Binanın özünü isə 90 kilometr aralıdan da görmək mümkün olacaq. Daha bir rekord isə divar və arakəsmələrin inşası üçün 605 metrlik hündürlüyə nasoslarla maye betonun vurulmasıdır. Bu, hətta mütəxəssislərin də təəccübünə səbəb olub.

Binanın əsas xidməti lifti 5500 kiloqram yükü yarım kilometrdən artıq hündürlüyə (504 metr) qaldıra biləcək. Əvvəllər dünyada bu hündürlüyədək qalxa bilən lif yox idi. Ümumilikdə binada 57 lift quraşdırılılıb. Liftlərin sürəti də diqqətçəkən məqamlardandır-saniyədə 18 metr.

Binanın tikintisində eyni vaxtda 12 min fəhlə işləyib. Ümumilikdə tikinti işləri başlayandan layihəyə 75 min fəhlə və mütəxəssis cəlb edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar