Bu gün azyaşlı uşaq Türkiyənin prezidenti olacaq
23 Aprel 2012 Bazar Ertəsi 05:15
“Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk, bayram ərəfəsində dövlət idarəsini uşaqların öhdəsinə verib.
Bu gün Türkiyədə “Milli Suverenlik və Uşaq Bayramı”dır. Ölkədə keçirilən “23 aprel” dünyada qeyd olunan ilk uşaq bayramıdır. “Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk, bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsini başladıb. Bu çərçivədə keçirilən 23 aprel (23 nisan) tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər oxuyurlar.
Qeyd edək ki, hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, habelə bələdiyyə sədrləri ilə kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunmuş uşaqlardan birinə verir və onların bu vəzifədə verdiyi göstərişlərə riayət olunur.
DOSTLARINLA PAYLAŞ: