Bu gün “Atatürkü Anma, Gənclik və İdman” bayramıdır
19 May 2011 Cümə Axşamı 05:55
Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa burda qurtuluş mücadiləsini başladıb
19 may 1919-cu il Türkiyədə Milli istiqlal savavaşının başıadığı tarixdir. I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il 16 may tarixdə Mustafa Kamal paşa 36-ci Osmanlı padşahı IV Mehmet Vahdeddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burda qurtuluş mücadiləsini başladıb.
Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cumhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub.
1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olnub. Bu gün, hər il rəsmi qaydada “Atatürkü Anma, Gənclik və İdman” bayramı kimi qeyd olunur.
Qeyd edək ki, bu gün həmçinin Türkiyə Cumhuriyyətinin qurucu Mustafa Kamal Atatürkün doğum günüdür. Atatürk 1881-ci il may ayının 19-da Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib.
DOSTLARINLA PAYLAŞ: