Bu gün Astriyada prezident seçkiləridir
25 Aprel 2010 Bazar 02:10
Fəaliyyətdə olan Astriya prezidenti Haynts Fişerin postunu qoruya biləcəyinə şübhə yoxdur.
Bu gün Astriyada prezident seçkiləri keçiriləcək. Konstitusiyaya görə, dövlət başçısı birbaşa səsvermə ilə altı illiyə seçilir.
Ali dövlət vəzifəsi üğrunda üç nəfər mübarizə aparır: fəaliyyətdə olan prezident Haynts Fişer, Azadlıq Partiyasının nümayəndəsi Barbara Rozenkrants və 2005-ci ilin payızında yaradılmış Xristian Partiyasının lideri Rudolf Gerinq.
Ən son məlumatlara görə, səsvermə hüququna 6,4 milyon avstriyalı malikdir. Seçki yaşının 16-ya endirilməsi ilə əlaqədar olaraq, 2005-cü ildə keçiilmiş prezident seçkiləri ilə müqayisədə seçidilərin sayı təxminən 325 min nəfər artıb.
Rəy sorğularının nəticələrinə görə, Haynts Fişer prezident kürsüsünü qoruya biləcək. Məsələn, Gallup İnstitunun aprelin əvvələrində apardığı araşdırmaya görə, Haynts Fişer 82 faiz, Barbara Rozenkrants 14 faiz, Rudolf Gerinq isə cəmi 4 faiz səs toplamışdı.İndi Avstriyada əsas məsələ kimin qalib gəlməsi yox, səsverməyə nə qədər seçicinin gələcəyidir. Apreldə İMAS ictimai rəy institutu tərəfindən aparılmış araşdırmaya görə, respondentlərin 47 faizi seçkiləri o qədər də vacib hesab etmir.
Avstriya ərazisində səs vermə məntəqələri yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə 10.00) açılacaq və səsvermə 10 saat davam edəcək. Səsvermənin ilkin nəticələri saat 19.00-dan (Bakı vaxtı ilə 22.00) sonra açıqlanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: