Bu gün ABŞ-da aralıq seçkiləri keçiriləcək
02 Noyabr 2010 Çərşənbə Axşamı 02:00
Demokratların Konqress və Senatdakı üstünlüyü əldən verəcəyi ehtimal olunur.
Bu gün ABŞ-da aralıq seçkiləri keçiriləcək. Seçki yolu ilə Nümayəndələr Palatasının tərkibi tamamilə yenilənəcək, senatorların və ştat qubernatorlarının təxminən üçdən biri seçiləcək. Müşahidəçilərin proqnozlaırna görə, demokratlar Konqressdəki çoxluğu əldən verəcəklər. Onların Senatdakı üstünlükdən də məhrum olması mümkün ehtimalar arasındadır.

Gallup şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, rempondentlərin 55 faizi respublikaçılara, 40 fazi isə hakim Demokrat Partiyasına səs vermək niyyətindədirlər. Digər ictimai rəy institutlarının keçirdiyi sorğularda da oxşar nəticə (3-4 faiz fərqlə) ortaya çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar