Britni Spirsin toyu baş tutmadı
06 Mart 2012 Çərşənbə Axşamı 12:14
Buna səbəb müğənninin keçmiş meneceri ilə məhkəmə çəkişməsi olub.
Dünya şöhrətli müğənni Britni Spirsin toyu baş tutmayıb. ANS PRESS-in məlumatına görə, Britni Spirs Müqəddəs Valentin günü sevgilisi Ceyson Traviklə toy etməyi planlaşdırsa da bu baş tutmayıb. Toy mərasiminin baş tutmasına səbəb isə Britni Spirsin keçmiş meneceri Sem Lyutfi ilə məhkəmə prosesi olub.
Qeyd edək ki, Sem Lyutfi işgüzar nüfuzuna xələl gətirdiyinə görə müğənnini məhkəməyə verib. Britni Spirsin vəkilləri müğənniyə əvvəlcə məhkəmənin çıxaracağı qərarı gözləməyi və yalnız bundan sonra özünə toy etməyi məsləhət görüblər. Toyun bir qədər sonra Britni Spirsin Luizanadakı malikənəsində keçirilməsinə qərar verilib.
DOSTLARINLA PAYLAŞ: