British Airways təyyarələri İraq üzərindən uçmayacaq
09 Avqust 2014 Şənbə 05:59
Bir çox aviaşirkətlərdən sonra British Airways da İraq səmasını təhlükəli sayır.
Britaniyanın aviaşirkəti “British Airways” bir çox dünya şirkətlərinin ardınca, İraqda vəziyyətin gərginləşməsi və ABŞ-nin İraqda aviazərbələrə başladığından ölkənin üzərindən uçuşları dayandırıb. ANS PRESS-in məlumatına görə, bu barədə aviadaşıyıcının nümayəndəsi xəbər verib.

“Biz müvəqqəti olaraq İraq hava məkanı üzərindən uçuşları dayandırmışıq”- deyə nümayəndə jurnalistlərə dəqiqləşdirərək İraqdan keçən məsələn,Doxa və ya Dubaya uçuşlarının dayandırılımadığını, sadəcə marşurutlarını dəyişdiyini bildirib. Onun sözlərinə görə hökümət qüvvələri ilə yaraqlılar arasında baş verən münaqişə aviadaşımaları təhlükəyə atır.

Təhlükəsizliyi nəzərə alaraq daha əvvəl “Turkish Airlines”, “Emirates”, “Etihad Airways” kimi və digər aviaşirkətlər İraq üzərindən uçuşları dayandırmışdı.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İŞİD “İslam dövləti” terrorist qruplaşmasının aktivləşməsindən İraqda təhlükəsizlik təhdidi artıb. Axrıncı günə kimi Suriyada vuruşan İŞİD yaraqlıları İraqın şima və qərb bölgələrinə hücum təşkil edir. Onlara İraq daxilindən də insanlar, Səddam Hüseyn ordusunun əsgərləri və digər kiçik terror təşkilatları qoşulur. 29 iyun İŞİD Suriyada və İraqda Aleppodan başlayaraq İraqın şimalındalə Diyalaya kimi “islam xəlifəsi”ni elan ediblər. Qruplaşma daha sonra Vanna və Sincar kimi şəhərləri tutub. Hərbi cinayətlərinin həddi-hüdudu olmayan, şiələrlə kürtlərin kütləvi edamlarını təşkil edən terror təşkilatına qarşı bu cümə ABŞ İraq ordusuna kömək olaraq aviazərbələrə start verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar