“British Airways” tarixində ən böyük itkisini verdi
24 May 2010 Bazar Ertəsi 10:20
Mütəmadi tətillər “British Airways”ə 492 milyon avroluq ziyan vurub.
Böyük Britaniyanın milli hava yolları şirkəti “British Airways” üzləşdiyi maliyyə itkisi ilə bağlı açıqlama verib. Qlobal maliyyə böhranı səbəbindən azalan sərnişin sayı və şirkət əməkdaşlarının keçirdiyi mütəmadi tətillər aviaşirkətə 492 milyon avroluq ziyan vurub.

Avropanın üçüncü böyük aviaşirkəti olan “British Airways” üzləşdiyi ziyanı aradan qaldırmağa çalışır. Bundan başqa, şirkətin idarə heyətinin rəhbəri Villi Volş həmkarlar təşkilatına müraciətində bildirib ki, tətilləri dayandırsınlar. V. Volş həmçinin əlavə edib ki, qurum tarixdə ən böyük itkisini verib.

Bundan sonra “British Airways” yeni strategiya müəyyənləşdirib ki, bu da şirkətin uzun müddət zərərsiz çalışmasına hesablanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar