British Airways şirkəti Moskva hava limanını günahlandırdı
28 Dekabr 2010 Çərşənbə Axşamı 01:50
“Domodedovo” hava limanı heç bir əsas olmadan təyyarələri qəbul etməkdən yayınır
“British Airways” hava yolları şirkətinin nümayəndələri bəyan ediblər ki, reyslərin təxirə salınması və pis əlaqələndirilməsinə görə məsuliyyəti Moskvanın “Domodedovo” hava limanının administrasiyası daşıyır. Məsələn, London-Moskva reysini həyata keçirən təyyarə Sankt-Peterburqa istiqamətləndirilib. Bu zaman sərnişinlər fakt qarşısında qoyulub: ya onlar Sankt-Peterburqa uçmalı, oradan isə öz hesablarına Moskvaya getməlidirlər, ya da Londona qayıtmalıdırlar. “British Airways” şirkəti iddia edir ki, hava şəraiti və ümumi vəziyyət təyyarənin Moskvaya enməsinə imkan verirmiş.

Qeyd edək ki, hazırda “Domodedovo” hava limanı yalnız uçan təyyarələri yola salır. Təyyarələrin dayanması üçün yer olmadığından gələn təyyarələr qəbul edilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar