Britaniyanın baş naziri Devid Kemeron bu gün Türkiyəyə səfər edəcək
26 İyul 2010 Bazar Ertəsi 06:35
Səfər çərçivəsində aparılacaq danışıqlardan sonra iki ölkə arasında strateji əməkdaşlıq barədə sənədin yenidən imzalanması nəzərdə tutulur.
Bu gün Böyük Britaniyanın baş naziri Devid Kemeronun Türkiyəyə səfəri başlayır. “Anadolu” agentliyinin məlumatına görə, iki günlük səfər çərçivəsində aparılacaq danışıqlardan sonra Türkiyə ilə Böyük Britaniya arasında strateji əməkdaşlıq barədə sənədin yenidən imzalanması nəzərdə tutulur. Qeyd edək ki, sözü gedən sənəd 2007-ci ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniyaya səfəri zamanı imzalanıb. Kemeronu bu səfərdə xarici işlər naziri Uilyam Xeyq müşayət edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: