Britaniyadakı iğtişaşlara görə azadlıqdan məhrum edilənlər var
11 Avqust 2011 Cümə Axşamı 05:06
Son hadisələrə görə ilk məhkəmə hökmü çıxarılıb
Böyük Britaniyanın Mançester şəhərindəki kütdəvi iğtişaşların iki iştirakçısı 10 və 16 həftə müddətinə azadlınqdan məhrum edilib. Məlumatı BBC teleradio korporasiyası yerli polisə istinadən yayıb. Bu, Böyük Britaniyanın müxtəlif şəhərlərindəki küiləvi iğtişaşlarla əlaqədar ilk məhkəmə hökmüdür.

Qeyd edək ki, ötən şənbə günü başlayan kütləvi iğtişaşların mərkəzi Londonun əsasən milli azlıqlar və mühacirlərin yaşadığı rayonları olub. Sonradan iğtişaşlar Mançester, Birmingem, Lester, Vulverhempton, Briston və digər şəhərlərə də keçib.

Kütləvi iğtişaşlar başlayandan ölkə üzrə 1100-dən çox adam həbs edilib. Onların 200-dən çoxuna ittihşam elan edilib. Hadisələr zamanı 111 polis əməkdaşı xəsarət alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar