Britaniyada seçki sistemi islahatları baş tutmadı
07 May 2011 Şənbə 02:30
Liberal-demokratların islahat təşəbbüsü referendumda dəstəklənmədi.
Ötən gün Britaniyada keçirilən referendumda iştirak edənlərin yalnız 1/3-dən azı seçki sistemində islahatlar ideyasını dəstəkləyib. Səsvermənin ilkin nəticələri belədir.

İslahatları hakim koalisiyaya daxil olan liberal-demokratlar dəstəkləyirdilər. Onların mühafizəkar müttəfiqləri islahatlara qarşı çıxırdı. Leyboristlər isə yekdil mövqeyə gələ bilməyiblər.

Liberal-demokratlar həm də regional hakimiyyət orqanlarına seçkilərdə məğlub olublar. Leyboristlər və mühafizəkarlar mövqelərini qoruya biliblər. Şotlandiya Milli Partiyası isə böyük uğur əldə edib və Şotlandiya parlamentindəki yerlərin mütləq çoxluğuna sahib çıxıb. Bu partiya Şotlandiyanın müstəqililyi ilə bağlı referendumun keçirilməsini təklif edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar