Britaniyada qripdən ölənlərin sayı 27 nəfərə çatıb
24 Dekabr 2010 Cümə 02:25
Ölənlərdən 24-ünə “donuz qripi” diaqnozu qoyulub
Böyük Britaniyada qış girəndən qripdən 27 nəfər ölüb. Onlardan 24-ünə “donuz qripi” diaqnozu qoyulub. Bu barədə məlumatı Sağlamlığın mühafizəsi üzrə Milli Agentlik açıqlayıb.
Məlumata görə, dünyasını dəyişənlərdən 9-u uşaqdır. Həkimləri gənclər arasında yoluxma hallarının artması narahat edir. Son yeddi gün ərzində Böyük Britaniyada qrip simptomları ilə həkimlərə müraciət edənləri sayı kəskin artıb. Milli Agentliyin məlumatına görə, hazırda intensiv terapiyada olan qrip xəstələrinin sayı 300 nəfəri ötüb.
Sağlamlığın mühafizəsi üzrə Milli Agentlik hesab edir ki, hələlik epidemiya təhlükəsi yoxdur. Baxmayaraq ki, qripdən ölüm şalları ötən illərin statistikasını üstələyib. Mütəxəssislər bunu ötən ilki “donuz qripi” epidemiyasının nəticələri ilə əlaqələndirirlər. Ötən il bu virusdan 500-ə yaxın adam ölmüşdü. Həkimlər bildirirlər ki, hazırkı qrip ötən ilki virusun dəyişilmiş formasıdır.
DOSTLARINLA PAYLAŞ: