Britaniyada məktəb və aeroportlar bağlanıb
18 Dekabr 2010 Şənbə 02:25
Həftənin sonuna planlaşdırılan idman tədbirləri - cıdır yarışları və futbol oyunları təxirə salınıb
Böyük Britaniyadakı güclü qar avtomobil və dəmir yollarında hərəkəti iflic edib, hava nəqliyyatında fasilələr yaranıb, məktəblərdə Yeni il tətili vaxtından əvvəl başlayıb. Bir sutka ərzində Birləşmiş Krallığın hər yerinə-Uelsə, Şotlandiyaya, Londonda daxil olmaqla İngiltərəyə güclü qar yağıb. Şimali İrlandiyada yağan qar son 25 il ərzində ən güclü olub.
Bir çox britaniyalılar Milad bayramı ərəfəsində alış-verişə və qohum evlərinə yollanır. Bu isə nəqliyyat xidməti üçün əlavə yük və çətinlik yaradır. AA avtomobil servisi şirkəti məlumat yayıb ki, ötən gün axşamadək qəzaya uğrayan sürücülərdən 15 minə yaxın çağırış daxil olub. Bu, adi səviyyədən iki dəfə artıdır.
Qar və buz Şimali İrlandiya və Şotlandiyada da avtomobil nəqliyyatının hərəkətini iflic edib. Sürücülərə yola yalnız çox vacib lazım olduğu hallarda çıxmaq xahişi ilə müraciət edilib. Məktəb tətillərinə bir gün qalmış Uels, Şotlandiya və Osterdə ümumilikdə 2000-ə yaxın təhsil müəssisəsində dərslər ləğv edilib. Uelsdə əyləncə və dövlət müəssisələri də dağlıdır.
Ötən gün Belfast, Londonderri və Ekzeterin hava limanları bütün günü, Londondakı “Siti” aeroportu, eləcə də Aberdin, İnverness, Men və Noriç adalarının hava limanları axşam saatlarında işləməyib. Londonun iri “Hitrou” və “Getvik” hava limanlarında da ləngimələr və reyslərin təzirə salınması halları olub. Britaniyanın iri büdcə hava şirəti “easyJet” “Getvik” hava limanından bu gün səhərə planlaşdırılan bütün reysləri təxirə salıb. Hava limanı isə sərnişinlərə müraciət edib ki, evdən çıxmadan öz reysləri ilə bağlı məlumat öyrənməyə çağırıb.
Həftənin sonuna planlaşdırılan idman tədbirləri - cıdır yarışları və futbol oyunları təxirə salınıb.
Sinoptiklər yaxın günlər üçün Birləşmiş Krallığın ərazisinə qar yağacağını proqnozlaşdırırlar. Uelsdə və cənubi İngiltərədə qarın hündürlüyünün 25 santimetrə çatacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: