Britaniya XİN: Qarabağa getməyin
07 Avqust 2014 Cümə Axşamı 10:46
Britaniya XİN vətəndaşlarına Qarabağ və ətraf ərazilərə səfər xəbərdərlığı edib.
Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağa və ətraf ərazilərə səfər etməkdən çəkinməyə çağırıb.
Britaniya XİN təmas xətti və Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulduğunu və bunun çoxsaylı insan tələfatı ilə nəticələndiyini xatırladıb: “Dağlıq Qarabağa Azərbaycan hakimiyyətinin icazəsi olmadan səfər edənlərin Azərbaycana girişinə qadağa qoyulacaq”.
Açıqlamada bildirilir ki, il ərzində 7 minə yaxın britaniyalı bizneslə əlaqədar Azərbaycana səfər edir və heç bir problemlə qarşılaşmır.
DOSTLARINLA PAYLAŞ: