Britaniya üzərindən uçuşlar qadağan edildi
15 Aprel 2010 Cümə Axşamı 17:40
İslandiyadakı vulkan püskürməsi Avropa ölklərində uçuşlara məhdudiyyət qoyulmasına səbəb olub
Böyük Britaniya İslandiyada baş verən vulkan püskürməsi ilə əlaqədar olaraq öz hava məkanında təyyarə uçuşlarını məhdudlaşdrıb. Vulkan püskürməsi nəticəsində havaya qalxan kül bulud formasında görünüşü məhdudlaşdırmaqla yanaşı təyyarələrin uçuşuna da təhlükə yaradır. Britaniyanın hava nəqliyyatına nəzarət xidməti (NATS) bir qədər öncə yalnız Şotlandiya üzərində uçuşları qadağan etsə də, hazırda bu məhdudiyyət bütün krallıq ərazasinə şamil edilib.
Təbii fəlakətlə əlaqədar Danimarka da Böyük Britaniya, Norveç və Almaniya ilə hava əlaqəsinin, Şimal dənizi üzərində uçuşların məhdudlaşdırılması barədə qərar qəbul edib.
Xatırladaq ki, Eyafyalayokul buzlağının altında yaranan vulkan buzların əriməsinə, əsas yolların bağlanmasına, çayların səviyyəsinin təxminən 3 metrə çatmasına və yüzlərlə adamın ərazidən qaçmasına səbəb olub. Rəsmi dairələr vulkanın baş verdiyi ərazidən 500 sakini evakuasiya edib. İslandiyanın mülki müdafiə bürosundan verilən məlumata görə, vulkan püskürməsi nəticəsində insanların həyatına və əmlaklara ciddi təhlükə yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: