Britaniya təyyarələri Suriyaya girir
22 Oktyabr 2014 Çərşənbə 16:05
Britaniya Suriya üzərində kəşfiyyat uçuşları həyata keçirəcək.
Britaniya Suriya üzərində İŞİD haqqında kəşfiyyat məlumatlarının toplanması məqsədilə hərbi kəşfiyyat uçuşları həyata keçirəcəyini bildirib.

ANS PRESS-in məlumatına görə, Britaniyanın Müdafiə naziri Maykl Fallon ölkəsinin ABŞ-ın başçılığı ilə İŞİD qruplaşmasına qarşı mübarizədə rolunu artırdığını bildirib. O deyib ki, kəşfiyyat uçuşları “Reaper” tipli pilotsuz idarə edilən təyyarələr və “Rivet Joint” tipli kəşfiyyat təyyarələri vasitəsilə həyata keçiriləcək və silahlardan istifadə edilməyəcək.

Britaniya Kral Hərbi hava Qüvvələri İraqda İŞİD qruplaşmasına qarşı 40-dən çox hərbi missiya həyata keçirsə də, Birləşmiş Ştatlar və bir sıra ərəb ölkələrindən fərqli olaraq Suriyada hərbi hava hücumlarında iştirak etməyib. Britaniya parlamenti Suriyada hərbi əməliyyatların genişləndirilməsi haqda qərarı təsdiq etməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar