Britaniya təyyarələri Qəddafinin doğulduğu şəhəri bombaladı
08 May 2011 Bazar 23:58
Kral Hava qüvvələrinə məxsus döyüş təyyarələrinin hədəfi Sirt yaxınlığıdakı reaktiv qurğular olub.
Britaniya Kral hava Qüvvələrinə məxsus döyüş təyyarələri Liviya lideri Müəmmər Qəddafinin doğulduğu Sirt şəhəri yaxınlığındakı reaktiv qurğuları və 300 kilometr məsafədən hədəfi vura bilən ballistik raketlərin daşınması üçün istifadə edilən 30-40 kanistri bombalayıb.
Britaniya Müdafiə nazirliyindən verilən məlumata görə, hədəfə alınan silahlar şəhər ərazisində istifadə ediləcəyi təqdirdə çoxlu sayda insan tələfatına səbəb ola bilərdi. Nazirlik həmçinin Britaniya təyyarələrinin Liviyadakı son əməliyyatının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasınının Qətnaməsi çərçivəsində Liviya mülki vətəndaşlarının qorunması üçün olduğunu bildirib.
Qeyd edək ki, bu ilin Mart ayından Liviya səması qadağan olunmuş uçuş zonası elan edildikdən sonra Liviya səmasında NATO təyyarələri 5300-dən çox uçuş həyata keçirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: