Britaniya spikerinin arvadı tanımadığı kişilərlə əlaqəsini etiraf edib
04 Dekabr 2009 Cümə 04:20
Salli Berkou barda onu içkiyə qonaq edən kişilərlə yatmağa razılaşırmış.
Böyük Britaniya Nümayəndələr Palatası spikeri Con Berkounun arvadı Salli gənclik illərində alkoqolizmdən əziyyət çəkdiyini, tanımadığı kişilərlə təsadüfi əlaqələrdə olduğunu açıqlayıb.
Salli Berkounun sözlərinə görə, Londonun rayonlarından birində Leyboristlər partiyasının sıralarında siyasətçi karyerasına başlamaq istəyir və bütün sirlərini buna görə ictimaiyyətə açıqlayır. O, gələn il parlament seçkilərinə qatılmaq niyyətindədir.
Spikerin arvadı bildirib ki, Oksfordda təhsil aldığı illərdə alkoqola meylli olub, təhsilini başa vurduqdan sonra isə özünə nəzarəti tam itirib. O, naharda alkoql qəbul edirmiş, axşamlar isə bir və ya iki şüşə şərab içirmiş. Salli Berkou etiraf edib ki, sərxoş vaxtlarında barda onu içkiyə qonaq edən tanımadığı kişilərlə yatmağa da razılaşırmış. Gələcək siyasətçi üçün gecəni harada və kiminlə keçirəcəyi o qədər də fərq etmirmiş. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: