Britaniya şahzadəsi Çarlz boşanır
07 İyul 2014 Bazar Ertəsi 22:08
Britaniya taxtının varisi şahzadə Çarlz ikinci arvadı hersoginya Kamilla ilə boşanma prosesinə başlayıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Britaniya nəşri “Globe”yə istinadən International Business Times bildirib. Doqquz illik nikahdan sonra Uels şahzadəsinin xanımı nikahın pozulmasını, həmçinin 200 milyon funt (350 milyon dollar) kompensasiya tələb edib.

Boşanmanın təşəbbüskarı 66 yaşlı Kamilla Parker-Boulz olub. Hersoginya 65 yaşlı Çarlzın ona ödəməli olduğu alimentlərin cəm məbləğini bildirib.

Kamilla izah edib ki, kompensasiyalarla kral ailəsi onun sükutunu alacaq, yəni Çarlzla ayrılmanın təfərrüatları və bütovlükdə monarx ailəsinin sirləri sonradan yayılmayacaq.

KİV-in məlumatına görə, kraliça Yelizaveta II nikahın pozulması ideyasını bəyənib və Parker-Boulzun tələblərini "biabırçılıq" adlandırıb. Bildirilir ki, kraliça alimentlər ideyasını rədd edib və onun ünvanına “penni belə ödəmək niyyətimiz yoxdur" sözlərini deyib.

Cütlüyün gələcəkdə boşanması haqqında rəsmi informasiyanın nə təkzibi, nə də təsdiq edilməsi var.

Uels şahzadəsi və Parker-Boulz Kamilla 2005-ci ildə evləniblər. Parker-Boulz və Britaniya taxtının varisi üçün bu nikah ikinci olub. Şahzadənin Diana Spenser ilə birinci nikahı 1996-cı ildə pozulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar