Britaniya pornosaytlara girişi məhdudlaşdırır
22 İyul 2013 Bazar Ertəsi 18:37
İnternet-provayderlər məlumat vermədən bütün kompüterlərin pornoqrafiyaya girişini dayandırmalıdırlar.
Britaniya hökuməti internetdə pornoqrafiya məhsullarının yayılması üzərində nəzarət tədbirləri həyata keçirir. ANS PRESS BBC-yə istinadən bildirir ki, şəbəkədəki pornoqrafiya materialları analoji çap materiallarına bərabər tutulacaq.
Böyük Britaniya baş naziri Devid Kemeron bildirib ki, internet-provayderlər məlumat vermədən bütün kompüterlərin pornoqrafiyaya girişini dayandırmalıdırlar.
Yalnız istifadəçi arzu edərsə, bu məhdudiyyət götürülə bilər. Zorlama səhnələrinin təsviri isə qanunla cəzalandırılacaq.
DOSTLARINLA PAYLAŞ: