Britaniya lordlara "yox" deyir
14 Mart 2010 Bazar 17:15
Lordlar Palatası yaxın zamanlarda tarixə qovuşacaq
Böyük Britaniyanın qanunvericilik orqanlarında ciddi dəyişikliklər gözlənilir. "The Telegraph" qəzetinin yazdığına görə, bu ölkənin Nazirlər Kabineti Lordlar Palatasını ləğv etməyi planlaşdırır. Hazırda Londonda yeni siyasi proqramın müzakirələri gedir. Həmin proqram Lordlar Palatası əvəzinə yeni orqanın yaradılmasını nəzərdə tutur.

Plana əsasən, yeni orqanda 300 nəfər yer alacaq. Onlar seçki yolu ilə müəyyən olunacaq.

Qeyd edək ki, hazırda Lordlar Palatasında 704 nəfər var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar