Britaniya kraliçası İslamı qəbul edəcək?
20 Oktyabr 2009 Çərşənbə Axşamı 23:35
Məşhur müsəlman moizəçi II Yelizavetanı İslamı qəbul etməyə çağırıb
Böyük Britaniya kraliçası II Yelizavetaya İslamı qəbul etmək təklif olunub. Belə bir təkliflə Britaniyada məşhur olan müsəlman moizəçi Ancem Çudari çıxış edib. O, kraliçanı müsəlman olmağa çağırıb. Əks halda Çudarı kraliçanın cənnətdən məhrum olacağını əsas gətirib.

"Biz hamını - kraliçanı, nazirləri, parlament üzvlərini və nəhayət ki, adi insanları islamı qəbul etməyə çağırırıq”, - deyə Çudari bildirib.

Bununla yanaşı moizəçi növbəti ildə keçiriləcək parlament seçkilərinə toxunaraq bildirib ki, Britaniyaya yeni rəhbər lazım deyil. Onun fikrincə, Britaniyaya İslam inqilabı lazımdır.

Qeyd edək ki, hazırda Avropada 38 milyon müsəlman yaşayır. Bu isə təxminən Avropa əhalisinin 5 faizi deməkdir. Mütəxəssislərin proqnozlarına əsasən, 2050-ci ildə Avropa ölklərində yaşayan müsəlmanların sayı 4 dəfə artacaq. ANSPRESS






DOSTLARINLA PAYLAŞ:

oyunlar