Britaniya İraqdakı qoşunlarını Küveytə yerləşdirir?
28 İyul 2009 Çərşənbə Axşamı 18:25
İraq parlamenti bu məsələ üzrə yekun qərar qəbul etməyincə, Britaniya ordusu Küveytdə qalacaq

İraqın cənubundakı neft yataqlarını mühafizə edən Britaniya ordusunun bölmələri bu ayın sonunadək bu ölkədən çıxarılaraq Küveytə yerləşdirilə bilər. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Britaniyanın İraqdakı səfirliyinin nümayəndəsi Cavvad Saed bildirib.

Onun sözlərinə görə, Britaniya ordusunun Bəsrə yaxınlığındakı neft platformalarını mühafizə müddəti 31 iyul tarixində başa çatır. Saed bildirib ki, İraq parlamenti Böyük Britaniya ilə bu məsələ üzrə sazişin müddətinin uzadılması və ya dayandırılması barədə yekun qərar qəbul etməyincə Britaniya ordusu Küveyt ərazisində qalacaq.

Xatırladaq ki, İraq Parlamentinin deputatları müqəddəs Ramazan ayının gəlişi münasibətilə tətilə yollanıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar