Amerikanın Səddam Hüseyn rejimini yıxmaq üçün İraqı işğal etdiyi 2003-cü ilin mart ayından sonra bu ölkəyə gələn Britaniya hərbçiləri İraqdan tamamilə çıxıblar. Britaniyanın Bağdaddakı konsulluğundan verilən məlumata görə, rəsmi Londonla rəsmi Bağdad arasında keçən il imzalanan razılaşmaya görə bu həftə Britaniyanın son hərbi birlikləri İraqı tərk edib. Qeyd edək ki, İraqın işğal edildiyi 2003 tarixdən 46 min ingilis hərbçisi bu ölkədə faliyyət göstərib. Əksəriyyəti Bəsrədə olan Britaniya hərbçilərindən 179 nəfəri İraqda baş vermiş silahlı atışmalarda həlak olub. /ANS PRESS/